Azərbaycan Respublikasının ərazisi 86.6 min km2, əhalisi 10 milyondan çoxdur. Cənubdan İran İslam Respublikası, cənub-qərbdən Türkiyə Respublikası, şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Naxçıvan Muxtar Respublikasının ərazisi 5502,75 km2, əhalisi isə 468566 nəfərdir. Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək olmaqla 7 inzibati rayondan ibarətdir. Şimalda və şərqdə Ermənistan Respublikası, qərbdə Türkiyə Respublikası və cənubdan isə İran İslam Respublikası ilə həmsərhəddir.