Texniki şərtlər

  

Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında müvafiq işlərin görülməsinə razılıq verilməsi

Dövlət orqanı:
•    "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsi
  
Xidmətin məzmunu: 

•    Bu xidmət Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin balansındakı ümumi istifadədə olan avtomobil yollarının mühafizə zolağında kommunikasiya xətlərinin çəkilməsi və magistral yollarından giriş-çıxış verilməsi ilə bağlı münasibətləri əhatə edir.
 
Xidmətin aid olduğu təsnifat: 
•    Yol təsərrüfatı
 
Xidməti həyata keçirən dövlət orqanının və ya onun struktur bölməsinin adı: 
•     "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsi
 
Xidmətin hüquqi əsası: 

•    “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 22 dekabr tarixli, 778-IQ nömrəli Qanunun 13-cü maddəsi;
•    “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli, 378-VQD nömrəli Qanunu;
•    “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 378-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli, 1154 nömrəli Fərmanı;

•     Naxçıvan Muxtar Respublikası  Ali Məclisi sədrinin 2023-cü il 17 noyabr tarixli 213-VI FR nömrəli Fərmanı ilə təsdiq olunmuş Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi.
 
Xidmətin həyata keçirilmə formaları: 
•    Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması    
 
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması: 
•    Poçt xidməti vasitəsilə məlumatllandırma
•    Yerində (şifahi və yazılı) məlumatlandırma   
 
Xidmətin həyata keçirilməsinin nəticəsi: 

•    Razılığın (texniki şərt) verilməsi
•    Texniki şərtin verilməməsi (səbəbdi göstərilməklə)
 
Xidmətin istifadəçisi barədə məlumat: 
•    Dövlət orqanları
•    Fiziki şəxslər
•    Hüquqi şəxslər
 
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası: 
•    Texniki şərtin verilmə müddəti 30 iş gün;
•    Texniki şərtin verilməsi ödənişsizdir.
 
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti:

•    Günlər:                                                          Həftənin 1-5-ci günləri
•    İşin başlama vaxtı:                                        09:00:00
•    İşin sona çatma vaxtı:                                   18:00:00
•    Fasilənin başlama vaxtı:                               13:00:00                             
•    Fasilənin sona çatma vaxtı:                          14:00:00
 
Xidmətin göstərilmə yeri: 
•     "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin inzibati binası
 
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları: 
•    Qanunvericilikdə nəzərdə tutulmuş hallarda xidmətin göstərilməsindən imtina edilir.
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:
 
Tələb olunan sənədin adı:

 - Tələb olunan sənədin təqdimedilmə forması
- Kommunikasiya xətlərinin köçürülməsi cizgiləri və giriş-çıxış avtomobil yolunun layihəsi  
 
Məktubla müraciət 
•    Kağız daşıyıcıda
          
Ödənilmə üsulları:
•     Ödənişsizdir.
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar: 
•    Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında müvafiq işlərin görülməsinə razılıq verilməsi üçün sahibkarlar (istifadəçilər) tərəfindən Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə aşağıdakı sənədlər təqdim edilir:
•    Ərizə (fiziki şəxslər) və ya məktub (dövlət orqanları, hüquqi şəxslər);
•    Obyektin yerləşmə planı, torpaq sahəsinin sənədləri, obyektin istismar göstəriciləri, kommunikasiya xətlərinin işçi cizgiləri, obyektin texniki göstəriciləri və avtomobil yolunun hansı kilometrində yerləşmə yeri göstərilməlidir.
•    Sənədlər Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə daxil olduğu gündən qeydiyyata alınır və təqdim edilən məlumatların dürüstlüyü yoxlanılır.
•    Ərizəçi fiziki şəxs olduqda, ərizədə onun soyadı, adı, atasının adı və ünvanı göstərilməklə şəxsi imzası ilə təqdim edilməli, şəxsiyyət vəsiqəsinin surəti və telefon nömrəsi ərizəyə əlavə olunmalıdır. Məktub hüquqi şəxs tərəfindən verildikdə, hüquqi şəxsin adı, hüquqi ünvanı və ya olduğu yer göstərilməklə, onun  rəhbərinin və ya  səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməlidir. 5 iş günü müddətində əraziyə (obyektə) baxış keçirilməsinin zəruriliyi haqqında ərizəçiyə (şifahi) məlumat verilməlidir. Aparılmış baxış zamanı işçi cizgilərin yerli şəraitə uyğun müəyyənləşdirilir. Texniki şərtlərin qüvvədə olma müddəti 1 həftədən 1 ilə qədər müəyyən edilməklə verilir. Təqdim edilmiş ərizə və ya məktub 30 iş günü müddətində cavablandırılır.
 
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyə qədər (məhkəmədən kənar) həlli imkanları barədə məlumatlar: 
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. 
 
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları:

 
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri:    

 
Xidmətin elektronlaşma səviyyəsi: 
•    Elektronlaşdırılmamışdır.
 
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: 
•    Avtomatlaşdırılmamışdır
 
Xidmətin elektron ünvanı: 
•    info@nayda.gov.az