NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yaradılsın.
2. "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
3. "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin strukturu" təsdiq edilsin (əlavə olunur).
4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
4.1. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan əmlakın "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxs (bundan sonra - Agentlik) dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etsin;
4.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim etsin;
4.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlaının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat versin;
4.4. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Agentlik;
5.1. Dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
5.2. Agentliyin işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etsin;
5.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Anar İbrahimov
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini:
Naxçıvan şəhəri, 17 noyabr 2023-cü il
№ 213-VI FR