İdarə Heyətinin sədri
Əsgərov Bəhruz Əli oğlu 15.01.1982-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində anadan olub.
Ali təhsillidir. 2003-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat Tikintisi İstiqamətinin Körpü və Qurğuların Tikintisi və İstismarı ixtisasını və 2005-ci ildə həmin ixtisasın magistr pilləsini bitirib.
2006-2007-ci illərdə ordu sıralarında xidmət etdikdən sonra 13 saylı körpü tikinti qatarında əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində fəaliyyətini davam etdirib.
Bəhruz Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16.06.2009-cu il tarixli Fərmanına əsasən “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14.02.2018-ci il tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 17.11.2023-cü il tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilib.
Naxçıvan Muxtar Respublikası Ali məclisi Sədri 27.11.2023-cü ildə Bəhruz Əsgərovun “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bəhruz Əsgərov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20.04.2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir 2 övladı var.