Təzəkənd avtomobil yolunda aparılan işlər çərçivəsində 6.3 km-lik yolda torpaq və asfaltlama işləri davam edir. "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin tikinti texnikası və işçi briqadaları layihəni ən qısa müddətdə başa çatdırmaq üçün səfərbər olunub. Yenidənqurma prosesi yolun keyfiyyətini artırmaqla yanaşı, sürücü və sərnişinlər üçün təhlükəsizliyi təmin edəcək.
Əlavə olaraq, 13.9 km olan Əshabi-Kəhf ziyarətgahına aparan avtomobil yolunda da əsaslı təmir işləri həyata keçirilir. Bu yolun təmiri, ziyarətçilərin rahat və təhlükəsiz şəkildə ziyarətgaha çatdırmalarını təmin edəcək, həmçinin bölgənin turizm potensialını artıracaq. Hazırda 4 km-lik yola ikinci qat asfalt verilib və işlər sürətlə davam edir.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti
YAXŞI YOL...