Təzəkənd avtomobil yolunda yenidənqurma işləri aparılır

06.09.2024, 15:41 image

      

🏢“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən Şərur rayonunun Təzəkənd avtomobil yolunda yenidənqurma işlərinin aparılması həmin bölgədə infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş mühüm bir addımdır. 🛣️Ümumi uzunluğu 6.3 km olan yolun kənddaxili hissəsində torpaq işləri aparılır. 🚜Əsas yolda isə torpaq işləri yekunlaşdırılıb və hazırda birinci qat asfalt işləri həyata keçirilir. Bu mərhələ tamamlandıqdan sonra, növbəti qatların da çəkilməsi ilə yol daha davamlı və uzunömürlü olacaq.

 

⚠️Qeyd edək ki, bu cür layihələr kəndlərarası əlaqəni gücləndirmək, nəqliyyatın rahatlığını artırmaq və iqtisadi fəallığı dəstəkləmək məqsədi daşıyır. Yolun yenidənqurulması həm yerli əhali, həm də bölgədən keçənlər üçün daha təhlükəsiz və keyfiyyətli hərəkət imkanı yaradacaq.

 

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”

publik hüquqi şəxsin mətbuat xidməti

YAXŞI YOL...