Təltif olunan əməkdaşlara “Rəşadətli əməyə görə” nişanları təqdim olunub
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamına əsasən, “Rəşadətli əməyə görə” nişanlarının təqdim olunması mərasimi keçirilib.
“Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət dayanır”, - deyən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov təltif olunmuş əməkdaşları təbrik edib, onlara işlərində yeni uğurlar arzulayıb.
Sonra müvafiq sərəncamla təltif olunan şəxslərə (Cəfərov Ədalət Zəfər oğlu, Əliyev Polad Şirzad oğlu, Əliyeva Hüsniyyə Məmməd qızı, Hacıyev Famil Kamil oğlu, İmanov Bəhlul İman oğlu, İmanov Şahin Səyyad oğlu və Sadiqov Əliqulu Yühənnas oğlu) “Rəşadətli əməyə görə” nişanları təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 2024-cü il 22 fevral tarixli “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncamına əsasən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin bir qrup əməkdaşı peşə bayramı günündə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti