18.5 km uzunluğunda olan yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun yenidən qurulması vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi daşıyır.
Hazırda ərazidə asfalt-beton işləri davam edir. 2 zolaqdan ibarət olacaq avtomobil yolunda yol yatağı genişləndirilib və yolda yerləşən bir ədəd körpüdə əsaslı şəkildə təmir olunub. Ərazidə 1 ədəd beton su keçidi və 9 ədəd kanal tipli beton su keçidi tikilib. 17300 m içməli su xətti çəkilib və 1060 m uzunluğunda da metal boru su keçidləri quraşdırılıb.
YAXŞI YOL...
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti