Ordubad rayonununda qaya uçqunu baş verib

20.03.2024, 12:54 image

Ordubad rayonununda yağan güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb.Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

 

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

 

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

 

YAXŞI YOL...

 

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”

publik hüquqi şəxsin mətbuat xidməti