Ordubad rayonunda vətəndaş qəbulu keçirilib

20.12.2024, 12:49 image

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov Ordubad rayonunda vətəndaşları qəbul edib

Qəbuldan əvvəl "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə heyətinin sədri Bəhruz Əsgərov və Ordubad rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Ordubad rayonu İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Ordubad rayonu və ətraf kəndlərdən olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciəti dinlənilərək Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”

publik hüquqi şəxsin mətbuat xidməti

YAXŞI YOL...