NAYDA “Ziyarət və Dəstək” aksiyası keçirib

25.04.2025, 11:58 image

“Suverenlik Uğrunda” şəhid ailələrinə “Ziyarət və Dəstək” aksiyası çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Sadıxov və Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhidlərimizin ailələrinə dəstək məqsədilə Kəngərli rayonunun Xok kəndində olub.

 

Ziyarət zamanı şəhid ailələri ilə görüş keçirilib, şəhidlərimizin məzarları ziyarət olunub, vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

 

Daha sonra şəhid ailələrinin müraciət və təklifləri dinlənilib və aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verilib.

 

Səfər çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin rəhbər heyəti Xok kəndində görülən yol tikinti və bərpa işlərinə də baxış keçirib.

 

Qeyd edək ki, NAYDA şəhid ailələrinə diqqət və qayğını fəaliyyətinin əsas prinsiplərindən biri kimi qəbul edir və bu istiqamətdə tədbirləri davam etdirir.

 

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”

publik hüquqi şəxsin mətbuat xidməti

 

YAXŞI YOL...

 

#NAYDA

#KƏNGƏRLİ

#XOK