NAYDA kollektivindən yaşıl gələcək naminə töhfə

26.10.2024, 09:28 image

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirilib.

 

Aksiya çərçivəsində Agentliyin rəhbərliyi və kollektivi tərəfindən təhkim olunan sahələrdə 200 şam ağacı əkilib.

 

Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığı qorumaq, havanın keyfiyyətini yaxşılaşdırmaq və gələcək nəsillərə daha yaşıl və sağlam bir mühit bəxş etməkdir.

 

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”

publik hüquqi şəxsin mətbuat xidməti