Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində yaşayan şəhid və qazi ailələrinin yaşadığı ünvanlarda yol şəraiti yaxşılaşdırılır. Belə ki, cari ildə ümumilikdə 14750 metrdən artıq asfalt çəkilmişdir. Hazırda bu işlər davam etməkdədir.