Naxçıvan şəhərinin 6-cı küçəsində əsaslı təmir işləri aparılır
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Naxçıvan şəhərinin 6-cı küçəsində əsaslı təmir işləri aparılır. Belə ki, uzunluğu 1800 metr olan yolda torpaq işləri həyata keçirilir, avtoqreyder vasitəsilə yol hamarlanıb və yolun müəyyən hissəsinə birinci qat asfalt verilib.
Qeyd edək ki, yolların asfaltlanması nəticəsində hərəkət etmək daha komfortlu olur və nəqliyyatın hərəkətinə dəstək verilir. Asfaltlanmış yollar nəqliyyat vasitələrinin təkərlərinə ziyan vurmaz, nəticədə avtomobillərin texniki vəziyyəti daha yaxşı qorunur. Bundan əlavə, düzgün asfaltlanmış yollar yağış sularının yığılmasını və gölməçələrin yaranmasını minimuma endirir, bu da yollardan istifadə edən piyadalar və sürücülər üçün əlavə bir rahatlıq yaradır. Eyni zamanda, yolların keyfiyyətli asfaltlanması məhəllələrdə yaşayan sakinlərin həyat səviyyəsini yüksəldir və ümumilikdə şəhərin infrastrukturunun inkişafına töhfə verir.
YAXŞI YOL...
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidməti