Agentliyin fəaliyyətini daha operativ və effektiv şəkildə həyata keçirmək məqsədilə yeni iki müasir minik avtomobili istifadəyə verilib. Bu avtomobillər iş proseslərinin operativliyini təmin etmək, müxtəlif ərazilərə gediş-gəlişi asanlaşdırmaq və xidmət səviyyəsini yüksəltmək üçün nəzərdə tutulub. Yeni nəqliyyat vasitələri Agentliyin əməkdaşlarının gündəlik iş fəaliyyətini daha da rahatlaşdıracaq."