Gal-Şurud avtomobil yolunda yaranan məhdudiyyətlər aradan qaldırılıb.
Yağan güclü yağış nəticəsində yaranan sel suları Gal-Şurud kənd avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib və yolun bəzi hissələri yararsız hala düşüb.
Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib.
Qreyder vasitəsilə yolda hamarlanma işləri aparılıb və hərəkətin fasiləsizliyi, təhlükəsizliyi təmin olunub
YAXŞI YOL...
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti