"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən uzunluğu 3.7 km olan Darıdağ Arsenli Su Müalicə Mərkəzi avtomobil yolunda keyfiyyətin artırılması məqsədilə üçüncü qat asfalt işləri həyata keçirilir. Bu təbəqə yolun dözümlülüyünü yüksəltməklə yanaşı, həm də hərəkət təhlükəsizliyini təmin edəcəkdir. Hazırda işlər standartlara uyğun olaraq icra olunur.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti