“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illəri əhatə edən Dövlət proqramı çərçivəsində 2025-ci ildə 95.6 km avtomobil yolunun əsaslı təmir olunması nəzərdə tutulub. Bu barədə məlumatı “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin İdarə Heyətinin sədri Bəhruz Əsgərov Naxçıvan Televiziyasına müsahibəsində bildirib.