Sədrin müavinləri
Qurbanov Nihad Xalid oğlu 1 sentyabr 1990-cı ildə Şərur rayonunun Ələkli kəndində anadan olub.
2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasında ali təhsil, 2020-2022-ci illərdə isə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasında magistr təhsili alıb.
19.04.2012-14.03.2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində aparıcı məsləhətçi, 14.03.2016-07.10.2016-cı illərdə Komitədə baş məsləhətçi, 07.10.2016-30.05.2017-ci illərdə Komitədə sektor müdiri, 01.06.2017-10.11.2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində baş məsləhətçi, 10.11.2017-01.06.2020-ci illərdə Nazirlikdə sektor müdiri, 01.06.2020-08.07.2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində şöbə müdiri, 08.07.2024-04.12.2024-cü illərdə Nazirlər Kabinetində şöbə müdirinin müavini və 04.12.2024-15.01.2026-cı illərdə Nazirlər Kabineti Aparatının İnfrastruktur təminatı şöbəsinin müdiri vəzifələrində çalışıb.
Hazırda Qurbanov Nihad Xalid oğlu 15.01.2026-cı il tarixdən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır və sədr vəzifələrini müvəqqəti icra edir.
Əkbərov Məmmədnağı Asiman oğlu 28 oktyabr 1990-cı ildə Şərur rayon Aralıq kəndində anadan olub.
2012-ci ildə Naxçıvan Özəl Universitetində ali təhsil, 2017-ci ildə isə Naxçıvan Dövlət Universitetində "İqtisadiyyatın tənzimlənməsi" üzrə magistr təhsili alıb.
2014-cü ildə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Dövlət Aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsində aparıcı məsləhətçi, 2016-cı ildə həmin nazirliyin Aparatında baş məsləhətçi mühasib, 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi PHŞ-də (Rəhbərlik) direktor müavini, 2023-cü illərdə “Cahan Tabak Beynəlxalq” MMC-də (Mühasibatlıq) mühasib köməkçisi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində (Büdcə şöbəsi) aparıcı məsləhətçi, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Naxçıvan Şəhər Maliyyə İdarəsində (Rəhbərlik) rəis vəzifələrini müvəqqəti icra edən, 2026-cı ildə isə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsində (Rəhbərlik) İdarə rəisi vəzifələrində çalışıb.
Hazırda Əkbərov Məmmədnağı Asiman oğlu 04.08.2026-cı il tarixdən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.