Babayev Fərid Şəhriyar oğlu 9 may 1989-cu ildə Naxçıvan şəhərində anadan olub.
2007-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində ali təhsil, 2017-2019-cu illərdə isə Naxçıvan Dövlət Universitetində "İqtisadiyyatın tənzimlənməsi" üzrə magistr təhsil alıb.
2012-ci ildə Azərbaycan Beynəlxalq Bankının Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin filialında aparıcı mütəxəssis xəzinədar, 2013-cü ildə həmin filialın kredit şöbəsində aparıcı mütəxəssis, 2014-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində sədrin köməkçisi, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində baş məsləhətçi, nazirin köməkçisi, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Baş nazirin köməkçisi, 2021-ci ildə Nazirlər Kabineti Aparatının Ümumi şöbəsinin müdiri, 2025-ci ildə isə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsində Daxili nəzarət və Audit sektorunun müdiri vəzifələrində çalışıb.
Hazırda Babayev Fərid Şəhriyar oğlu 2026-cı il tarixdən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxsində Aparat rəhbəri vəzifəsində çalışır.