Yolların qardan təmizlənməsi davam etdirilir

29.12.2025, 09:54 image

Respublika və yerli əhəmiyyətli avtomobil yollarında qardan təmizləmə işləri davam etdirilir

Muxtar Respublikanın avtomobil yollarında qardan təmizləmə işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Yolların daim açıq saxlanması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün texnikalar və canlı qüvvə səfərbər olunub.

Yollarda qar təmizləmə və qum-duz səpilməsi işləri intensiv şəkildə aparılır.