Fevralın 26-da "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin rəhbər heyəti və kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.
Abidə önünə güllər qoyulub, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsi dərin ehtiramla yad edilib.