Xətai məhəlləsində avtomobil yolunun asfalt-beton örtüyü ilə təmin olunması istiqamətində işlərin növbəti mərhələsinə keçid alınıb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə uzunluğu 7,7 kilometr olan avtomobil yolunda ikinci qat asfalt-beton örtüyünün salınmasına başlanılıb. Hazırda yolun 300 metrlik hissəsinə ikinci qat asfalt örtüyü salınıb. Bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, avtomobil yolunun 7,7 kilometrlik hissəsi birinci qat asfalt-beton örtüyü ilə təmin olunub.