Xətai məhəlləsində asfaltlanma işləri davam edir

09.09.2026, 14:29 image

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında şəhərin bəzi küçə və məhəllələrində rahat gediş-gəlişin təmin edilməsi məqsədilə təmir-bərpa işləri icra olunur.

 

Naxçıvan şəhəri Xətai məhəlləsində uzunluğu 7.7 km olan avtomobil yolunda asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Yolun 4.5 km-ə yaxın hissəsi birinci qat asfalt örtüyü ilə təmin edilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.