Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib

10.05.2026, 12:46 image

Mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Naxçıvan şəhərinin Baş meydanında əzəmətlə ucalan Ulu Öndərin abidəsini ziyarət edib.

Abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.