Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Tədbirdə Agentliyin Aparat rəhbəri Fərid Babayev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edildiyi bildirilib. Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsidir.
Çıxışlarda Agentliyin Texniki İstehsalat şöbəsinin rəisi Talıb Babayev və hüquqşünas Günel Orucova sülh dəyərlərinin təbliği, insan hüquq və azadlıqlarına hörmətin gücləndirilməsi, eləcə də əmək kollektivində qarşılıqlı hörmət və sağlam ünsiyyət mühitinin təşviqinin əhəmiyyətini vurğulayıblar.