“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Sadıxov Ordubad rayonunda vətəndaşları qəbul edib
Qəbuldan əvvəl “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Sadıxov və Ordubad rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Ordubad rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Ordubad rayonu və ətraf kəndlərdən olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciəti dinlənilərək Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.