“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ümumi uzunluğu 20,7 kilometr olan Babək rayon Nehrəm qəsəbədaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılıb.
Hazırda ərazidə yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası istiqamətdə işlər davam etdirilir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 20,7 kilometrlik avtomobil yoluna 2 qat asfalt örtüyü döşənəcək.
Qeyd edək ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzarəti altında mərhələli şəkildə həyata keçirilir.