Nəhəcir və Göynük kənd yollarında işlər yekunlaşır

19.08.2025, 10:56 image

Uzunluğu 6.2 km olan Babək rayon Nəhəcir-Göynük əsas və 8.7 km olan kənddaxili avtomobil yollarında əsaslı təmir zamanı torpaq işləri aparılıb, yol yatağı genişləndirilib, yol əsası yenidən tikilib, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına beton kanal çəkilib, su keçidləri inşa edilib və avtomobil yolunun 14.9 km-lik hissəsinə ikiqat asfalt örtüyü salınıb.