NAYDA Şahbuz rayonunda vətəndaş qəbulu keçirib
Qəbuldan əvvəl “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Nihad Qurbanov və Şahbuz rayon İcra Hakimiyyəti başçısı Rəfael Babayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Şahbuz rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Şahbuz rayonu və ətraf kəndlərdən olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşın müraciəti dinlənilərək Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.