“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq “Suveren gələcək” adlı təmizlik aksiyası həyata keçirilib.
Aksiya zamanı Əshabi-Kəhf, Batabat və Uzunoba avtomobil yolları boyunca yol kənarları və ətraf ərazilər tullantılardan təmizlənib.
Yol təkcə nəqliyyat vasitələrinin keçdiyi marşrut deyil, həm də cəmiyyətimizin mədəniyyət səviyyəsinin göstəricisidir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: "Yol iqtisadiyyat, mədəniyyət bir sözlə həyat deməkdir!". Bu prinsipə sadiq qalan Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi, təmiz və səliqəli yol mühitinin formalaşmasına xüsusi önəm verir.
Tədbirin məqsədi təbiətə qarşı qayğıkeş münasibəti təşviq etmək, ekoloji məsuliyyəti artırmaq və təmiz, sağlam ətraf mühitin qorunmasına dəstək verməkdir.