NAYDA “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirib

14.03.2026, 09:08 image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası təşkil olunub.

 

Aksiya ekoloji mühitin qorunması və mövcud yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə keçirilib. Tədbir zamanı Agentliyə təhkim olunmuş ərazilərdə əməkdaşlar tərəfindən 2250 ədəd müxtəlif növ ağac tingləri əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

 

Bununla yanaşı, avtomobil yollarında yaşıllıq sahələrinin salınması, bərpası və mühafizəsi istiqamətində kompleks tədbirlər həyata keçirilib.

 

Qeyd edək ki, bu kimi ekoloji tədbirlərin cari il ərzində davam etdirilməsi nəzərdə tutulur.