NAYDA növbəti təmizlik aksiyası keçirib

10.08.2026, 13:37 image

📢 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq növbəti təmizlik aksiyası həyata keçirilib.

 

🛣 Aksiya çərçivəsində Naxçıvan–Kəngərli magistral avtomobil yolu boyunca yolətrafı ərazilər tullantılardan təmizlənib, otlar biçilib, suötürücü kanallar təmizlənib. Eyni zamanda yol nişanları və siqnal dirəklərinə baxış keçirilib, zəruri hallarda onların təmiri və yenilənməsi təmin edilib.