“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin kollektivi 23 oktyabr tarixində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasında iştirak edib.
Tədbir zamanı Agentliyin əməkdaşları sərgidə nümayiş olunan əl işləri ilə tanış olaraq, iştirakçıların yaradıcılıq bacarıqları, təqdim olunan milli sənət nümunələrinin hazırlanma prosesi və satış imkanları barədə məlumat əldə ediblər.
Qadın ustalar və fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış toxuculuq nümunələri, dekorativ bəzək əşyaları, milli geyimlər, həmçinin təsviri və dekorativ sənət əsərləri iştirakçıların böyük marağına səbəb olub.
Agentliyin əməkdaşları sərgidə təqdim olunan bəzi əl işlərindən alaraq iştirakçılara dəstək olublar.