Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 12 avqust tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının əsaslı təmiri ilə bağlı müvafiq siyahı müəyyənləşdirilmişdir.
Sərəncam çərçivəsində yol infrastrukturunun yenilənməsi, avtomobil yollarının müasir tələblərə uyğunlaşdırılması və əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlərin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.