“Naxçıvan-Ordubad” magistral avtomobil yolunda asfaltlanma işləri aparılır

28.05.2026, 09:09 image

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən “Naxçıvan-Ordubad” magistral avtomobil yolunda aparılan cari təmir işləri mərhələli şəkildə davam etdirilir.

 

İcra olunan tədbirlər çərçivəsində əvvəlcədən deformasiyaya uğramış hissələrdə köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılıb, hazırda isə yolun müəyyən hissələrinə yeni asfalt örtüyünün verilməsi işləri həyata keçirilir.

 

Təmir-bərpa işlərinin əsas məqsədi hərəkətin rahatlığını və təhlükəsizliyini daha da artırmaq, yolun istismar vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.