"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən Naxçıvan avtobus parkının ərazisində təmir-bərpa işləri həyata keçirilir.
Aparılan işlər çərçivəsində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılır. Daha sonra səthin hamarlanması və hərəkətin əlverişli vəziyyətə gətirilməsi məqsədilə yeni asfalt-beton örtüyünün verilməsi işləri icra olunur.
Görülən tədbirlər nəticəsində avtobus parkının ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin olunacaqdır.
Təmir-bərpa işlərinin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulur.