“Konstitusiya və Suverenlik İli” ilə bağlı “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilən təlimdə əməkdaşlara etik davranış qaydaları, korrupsiya risklərinin tanınması, vəzifə və məsuliyyətlər, habelə şəffaf fəaliyyət prinsipləri haqqında məlumat verilib.
Təlim Agentliyin hüquqşünası Günel Orucova, nəzarət və audit sektorunun müdiri Fərid Babayev tərəfindən aparılıb.
Tədbirin məqsədi əməkdaşların məlumatlılığını artırmaq, korrupsiyaya qarşı davranış modelini gücləndirmək və Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etməkdir.