Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları üzrə maarifləndirici tədbir keçirilib

09.04.2026, 13:52 image

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən maarifləndirici tədbir təşkil olunub. Tədbirdə baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə əməkdaşlara ətraflı məlumat verilib.

 

İnteraktiv formada keçirilən tədbir zamanı iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb. Həmçinin tədbir çərçivəsində mövzuya uyğun videoçarxlar və slayd təqdimatları nümayiş etdirilib.