Dairəvi avtomobil yolunda cari təmir işləri aparılır

05.06.2026, 16:41 image

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən Naxçıvan şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə dairəvi avtomobil yolunun kənarlarında cari təmir işləri aparılır.

Hazırda ərazidə asfalt-beton örtüyünün salınması işləri icra olunur.

Təmir-bərpa işləri nəticəsində yolun hərəkət hissəsindəki mövcud problemlər aradan qaldırılır.