Ümumi uzunluğu 2.9 kilometr olan Şərur rayon Cəlilkənd-Düdəngə avtomobil yolunda əsaslı təmir işlərinə başlanılıb.
Hazırda ərazidə yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası istiqamətdə işlər davam etdirilir.
Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 2.9 kilometrlik avtomobil yoluna 2 qat asfalt örtüyü döşənəcək.