Çalxanqala kənd yolunda sel fəsadları – bərpa işləri aparılır

05.06.2025, 15:07 image

Kəngərli rayonunun Çalxanqala kənd avtomobil yolunda yağan güclü yağışlar nəticəsində yaranan sel suları yolun müxtəlif hissələrində çökmələrə və səth pozuntularına səbəb olub.

 

Mövcud vəziyyətlə bağlı Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dərhal əraziyə baxış keçirilib və operativ şəkildə bərpa işlərinə başlanılıb. Hazırda ərazidə yolun sel sularından zədələnmiş hissələri texnika vasitəsilə bərpa olunur və nəqliyyatın normal hərəkətinin təmin olunması üçün tədbirlər davam etdirilir.