Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib

17.02.2026, 17:02 image

Güclü yağan qar və yağışlar nəticəsində Şahbuz rayon Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Nəticədə Zərnətün körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.