Avtomobil yolunda yaşıllaşdırma tədbirləri görülüb

19.10.2026, 10:49 image

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət göstərdiyi avtomobil yollarında yaşıllıqların qorunması, yaşıllıq sahələrinin səliqəli saxlanılması və abadlaşdırılması məqsədilə mütəmadi qulluq işləri həyata keçirilir.

 

“Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC tərəfindən Əshabi-kəhf ziyarətgahına gedən avtomobil yolunda aparılan işlər çərçivəsində ərazi tullantılardan təmizlənib, yolətrafında bitmiş otlar biçilib, beton kanallar təmizlənib, ağac və kollara qulluq göstərilib. Eyni zamanda, sıradan çıxmış suvarma sistemlərinin təmiri istiqamətində işlər aparılıb, yaşıllıq sahələrinin suvarılmasının təmin olunması üçün müvafiq tədbirlər görülüb.

 

Bu tədbirlər yol ətrafının səliqəli saxlanılması, yaşıllıqların qorunması və avtomobil yolunun ümumi görünüşünün yaxşılaşdırılması məqsədi daşıyır.

 

Agentliyinin xidmət göstərdiyi digər avtomobil yollarında da yaşıllaşdırma tədbirləri davam etdirilir.