Avtomobil yolunda yaranan məhdudiyyətlər aradan qaldırılıb

08.06.2026, 17:27 image

Naxçıvan şəhər İcra Hakimiyyətinin sifarişi əsasında “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən Atatürk küçəsi istiqamətində deformasiyaya uğramış avtomobil yolunda yaranmış problem aradan qaldırılıb.



Təmir zamanı yolun hərəkət hissəsində asfalt-beton işləri icra olunaraq səthin hamar və təhlükəsiz vəziyyətə gətirilməsi təmin edilib.



Qeyd edək ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında bu istiqamətdə işlərin digər küçə və yollarda da mərhələli şəkildə icrası nəzərdə tutulur