Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində maliyyə intizamının gücləndirilməsi, bu sahədə çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması, maliyyə risklərinin vaxtında müəyyən edilərək qarşısının alınması, eləcə də Agentlikdə şəffaf, məsuliyyətli və səmərəli maliyyə idarəçiliyinin daha da gücləndirilməsi məqsədilə interaktiv təlim keçirilib.
Təlimdə Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların mühasibləri iştirak ediblər. Tədbir çərçivəsində maliyyə intizamının təmin edilməsi, büdcə vəsaitlərindən səmərəli istifadə, daxili nəzarət mexanizmlərinin tətbiqi, maliyyə risklərinin müəyyənləşdirilməsi və idarə olunması mövzularında iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, praktiki nümunələr əsasında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.