95.6 km-lik avtomobil yolunu əhatə edən əsaslı təmir işlərinə başlanılıb

24.11.2025, 14:29 image

Ümumi uzunluğu 10.3 km olan Naxçıvan şəhərinin Babək məhəlləsi, 6-cı məhəllə, Hacıniyyət kənd avtomobil yolu və uzunluğu 17.5 km olan Naxçıvan şəhər S.Vurğun, N.Naxçıvani, H.Rəhmanov, 58-ci məhəllə istiqamətində işlər icra olunur. Yolda torpaq işləri aparılır, yol əsasının möhkəmləndirilməsi və suötürücü qurğuların quraşdırılması istiqamətində işlər aparılır. Bu proses yekunlaşdıqdan sonra avtomobillərin daha rahat hərəkət etməsi üçün yola 2 qat asfalt örütüyü salınacaqdır.

 

Qeyd edək ki, layihənin sifarişçisi “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”dir. İşlər podratçı “Polat Yol Yapı” şirkəti və subpodratçı “Naxproyol” MMC tərəfindən icra olunur.