6-cı məhəllədə asfaltlanma işləri aparılır

14.10.2026, 16:56 image

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə uzunluğu 10,3 km olan 6-cı məhəllə, Babək məhəlləsi və Hacıniyyət kəndi istiqamətində əsaslı təmir işləri davam etdirilir.

 

Hazırda 6-cı məhəllədə nəqliyyatın daha rahat hərəkətini təmin etmək üçün asfaltlanma işləri həyata keçirilir. Yolun 2 km-lik hissəsi birinci qat asfalt örtüyü ilə təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.

 

Qeyd edək ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər Agentliyin nəzarəti altında mərhələli şəkildə icra olunur.