58-ci məhəllədə avtomobil yolunun yenilənməsi istiqamətində işlər aparılır

05.10.2026, 15:26 image

Naxçıvan şəhərinin bir sıra küçə və məhəllərində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən işlər davam etdirilir. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə 58-ci məhəllədə əsaslı təmir işlərinə başlanılıb.

 

Hazırda ilkin mərhələyə uyğun olaraq yararsız qruntun qazılaraq çıxarılması, yol yatağının genişləndirilməsi və yol əsasının möhkəmləndirilməsi işləri həyata keçirilir.

 

Layihənin növbəti mərhələsində isə yolun asfalt-beton örtüyü ilə təmin olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, uzunluğu 17,5 kilometr olan layihə Naxçıvan şəhərinin S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar–H.Rəhmanov küçələrini, həmçinin 58–61-ci məhəllələri əhatə edir.