15.5 km-lik yolun asfaltlanmasına başlanılıb

23.05.2026, 09:21 image

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ümumi uzunluğu 15.5 km olan Naxçıvan şəhəri Qaraçuq inzibati ərazi dairəsi avtomobil yollarının asfaltlanmasına başlanılıb.

 

Hazırda yolun 300 metrlik hissəsinə birinci qat asfalt örtüyü verilib və bu istiqamətdə işlər davam etdirilir.

 

Qeyd edək ki, təmirə ehtiyacı olan küçə və məhəllələr “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzarəti altında mərhələli şəkildə bərpa olunur.